“Pulu ipoteka borcum üçün yığıram” - Tünzalə Əliyeva

A+
A
A-

“Toppuş bacı” obrazı ilə şöhrət qazanmış və bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir.

Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması, ölkə ictimaiyyətinin və o cümlədən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir. Aktrisanın bu addımı bu gün də ciddi şəkildə tənqid olunmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, Sputnik Azərbaycan-a açıqlamasında Tünzalə Əliyeva Azad Kərimlinin dediklərinə şərh verməkdən imtina edib. Bunu onunla əlaqələndirib ki, Kərimlinin müsahibəsini oxumayıb və oxumaq fikri də yoxdur. Aktrisa sadəcə onu deyib ki, vəziyyəti son zamanlar normallaşmağa başlayıb. Ona qədər isə özünü pis hiss edirdi.

"Hazırda müalicəm davam edir. Şükür Allaha ki, indi özümü çox yaxşı hiss edirəm. Həkimlər məni əmin ediblər ki, hər şey yaxşı olacaq və ən ağır vaxtlar artıq arxada qalıb. İnanıram ki, xərçəngə qalib gələ biləcəyəm" — deyə Əliyeva bildirib.

Aktrisa etiraf edib ki, onun sağlamlığı demək olar ki, qaydasındadır. Sadəcə müəyyən maliyyə problemləri var. Hazırda onun həlli vacib olan əsas problemi qızı və əri ilə birlikdə yaşadığı mənzilin ipotekasını bağlamaqdır.

"Mən bir həftədən artıqdır ki, Zaur Baxşəliyevin verilişinə çıxaraq müalicəmə deyil, mənzilin ipoteka kreditini ödəmək üçün pul yığıram. Mən özüm adamlardan yardım istəmişəm ki, mənə kömək etsinlər. Dostlarıma, həmkarlarıma və bütün Azərbaycan xalqına mənə pul göndərdikləri üçün təşəkkür edirəm" — deyə Əliyeva bildirib.

Niyə öz müalicəsi üçün deyil, mənzili üçün pul topladığına gəlincə, aktrisa deyib ki, könlü belə istəyir. Onun bu addımını xəstəliyin reklamı hesab edənlərə isə Əliyeva can sağlığı arzulayıb.

Aktrisa pul toplamaqda davam edəcək. Hazırda o, 40 min manat toplamağa müvəffəq olub. İpotekasını bağlamaq üçün ona 60 min manat lazımdır. Əliyeva əmindir ki, o, yerdə qalan 20 min manatı da toplaya biləcək, çünki bu istiqamətdə yardımlar və dəstək davam edir.

Aktrisa onu da deyib ki, yaxın vaxtlarda öz işinə qayıtmaq və tamaşaçılarını yeni rolları ilə sevindirmək niyyətindədir.

Şərh
Bu xəbərə aid heçbir şərh tapılmadı...
XƏBƏR LENTİ
Fatimə həyat yoldaşı və övladları ilə tətildə - FOTO
20 Fevral 2019 11:13
Xatirə liposaksiya əməliyyatına görə ana olmaqdan vaz keçdi - VIDEO
18 Fevral 2019 18:09
Xalq artistinin vəziyyəti pisləşdi - VIDEO
15 Fevral 2019 14:59
İlqarə daha da arıqladı - FOTO
15 Fevral 2019 12:59
Emin Eminzadə Türkiyədə “İlin adamı 2018” mükafatlandırma mərasimində iştirak edib - FOTO
15 Fevral 2019 10:40
"Bizim sevgimiz güclüdür" - Nüşabə ərindən danışdı - VIDEO
12 Fevral 2019 14:40
Ən çox bileti satılan Röyadır - FOTO
11 Fevral 2019 15:34
"Özümü səninlə reklam edəcəm?" - Roza - VIDEO
11 Fevral 2019 14:12
Zamiq həsrətlə baxdığı sarayda arzusunu gerçəkləşdirdi
11 Fevral 2019 09:47
Prezident meşə cərimələri ilə bağlı qərarı ləğv etdi
06 Fevral 2019 21:32
Günay Rüfətlə yarıçılpaq fotolar çəkdirdi - FOTO
06 Fevral 2019 16:44
Park Cinema снова покажет концерт группы BTS
06 Fevral 2019 12:42
Bu mahnı hamıni şoka salacaq - VIDEO
02 Fevral 2019 19:34
“Ayrılığımız hər şeyi dəyişdi” – Eltonun həyat yoldaşı - VIDEO
02 Fevral 2019 19:01
Məşhur aktyor reanimasiyaya yerləşdirildi
02 Fevral 2019 18:51
Elnarə: “Səndən sonra...” - VIDEO
01 Fevral 2019 13:58
Tolik Sərxanı canlı efirdə pərt elədi - VIDEO
01 Fevral 2019 13:41
Xərçəngə yoluxan Tahirə danışdı: "Cavablar ağır çıxdı"
01 Fevral 2019 09:29
Xatundan Rəqsanəyə barışıq addımı - VIDEO
31 Yanvar 2019 10:03
"Sənin kimi gecələr Tarqovuda...." - Toliklə Rəhim arasında qalmaqal
29 Yanvar 2019 11:07
Natavan Həbibi: “Qızım olsa, Dadoya oxşamasın”
29 Yanvar 2019 10:59
Rəmişə süni nəfəsalma aparatı qoşulub - FOTO
28 Yanvar 2019 09:56
Ramiz Həsənoğluna AZTV-də yüksək vəzifə verildi
25 Yanvar 2019 16:52
Aygün səhnədə Namiqin üzünə belə baxmadı - VIDEO
25 Yanvar 2019 16:47
Eldar Mahmudovun bacanağı AzTV-dən çıxarıldı - Yerinə Emil gəldi
24 Yanvar 2019 11:57
Natavanla Səidə belə barışdı - VIDEO
24 Yanvar 2019 10:30
Город, захваченный КВН: азербайджанцы вернулись из Сочи - ВИДЕО 
23 Yanvar 2019 14:34
"Gizli eşq yaşayıram" - 57 yaşlı Nahidə Orucova
23 Yanvar 2019 14:32
"Робертино Азербайджана" заинтриговал своих поклонников - ФОТО
22 Yanvar 2019 14:26
Rəqsanə yeni doğulan qızını göstərdi - VIDEO
22 Yanvar 2019 11:08
ТOP 7