Azadə" Şou-biznesin şıltaq, ərköyün xanımıyam" - VIDEO

A+
A
A-

Gənc və son günlər gündəmdən düşməyən müğənni Azadə Rednews.az saytına müsahibə verib.

- Azadə xanım, son günlər "Ay ömrüm " mahnısı ilə sizi sosial şəbəkələrdə və televiziya ekranlarında görmək mümkündür. Maraqlıdır ki, gündəmdə olan bir çox müğənnilərin müraciət etdiyi bəstəkara- Ruslan Səfəroğluna üz tutmusunuz. Siz də bəstəkarın uğuruna inananlardansınız? 

 

-Əvvəllər çox bəstəkarlarla işləmişəm, lakin Ruslan Səfəroğlu bilirsiniz ki, mahnıları ilə çox populyardır. Insanların musiqi zövqünü tuta bilir. Uzun müddətdir ki, istədiyim mahnını ala bilmirdim. Ona görə də, ona müraciət etdim. "Ay ömrüm"ü oxudum, tez bir zamanda sevildi. Gələcəkdə görəcəyimiz çox işlər var. 

 

- Siz daha əvvəl də bildiyim qədərilə musiqi sahəsində fəaliyyət göstərmisiniz, lakin fasilə vermisiniz. 

 

- Bəli, bəli. Hardasa 2004-cü ildən səhnədəyəm. Əslində uşaqlıqdan demək olar ki , musiqi ilə məşğulam. Lakin yolumda maneələr çox oldu. Mənə ailəm icazə vermirdi ki, müğənni kimi fəaliyyət göstərim. Bundan başqa tanınmaq da çətindir, indi populyarlaşmağa nə var ki, "iki vur iki"dir. Sənətçi xanıma o vaxt lar pis baxırdılar. Mənimsə, damarımdan qan yerinə musiqi axırdı...

 

- Belə çıxır ki, bu fasiləyə heyfislənmirsiniz. Çünki indi daha çox tanınmaq şansınız var.

- Yox, qətiyyən peşman deyiləm. O vaxtlar efirin qapısından içəri girməyə imkan vermirdilər. 19-20 yaşında gənc xanım paytaxta təzə gəlmişdi, tanınan bəstəkarlardan 8-10 min manata mahnını necə ala bilərdi? Indi maşallah müğənni də, bəstəkar da çoxalıb, hərə bir studiya açıb. (gülür) Onu da deyim ki, mən o vaxtlarda tanınsaydım, indi heç kim qarşımda dura bilməzdi. 

 

- Bax, indi dediniz ki, qarşımda heç kim dayana bilməzdi. Sizin oxuduğunuz janrda populyarlaşan Şəbnəm Tovuzlu var, Damla var. Onlar da yeri gəlmişkən, sizin müraciət etdiyiniz bəstəkarla çalışırlar. Sizcə, bir müddətdən sonra həmkarlarınız sizin qarşınızda dura biləcəklərmi? 

- Yox, mən özümə heç bir müğənnini rəqib seçmirəm.

 

- Axı, rəqabət olmasa da inkişaf olmaz...

- Yox, mən görmürəm. Mən 2008-ci ildə qardaş ölkəyə köçərkən artıq Şəbnəm Tovuzlu "Sevnlər ölməz" mahnısı ilə tanınmağa başlamışdı. Mən isə ondan əvvəl fəaliyyət göstərir və tanınırdım . Damla isə, hardasa 2012-2013-cü ildən,  məndən sonra tanınmağa başladı. 

 

- Siz özünüzü daha stajlı müğənni hesab edirsiniz də, haqlı olaraq ...

- Stajlı deyəndə ki, mən onlardan əvvəl bu sahəyə addım atmışam, hərbi hissələrdə, bölgələrdə konsert proqramı ilə çıxış etmişəm. Lakin toy şənliklərində iştirak filan, bunlar ürəyimcə deyildi. Ümumiyyətlə, elə müğənni olmaq istəyirəm ki, əlçatmaz olum. 

 

- Əlçatmaz olmaq üçün gərək efirlərdən, ekranlardan bir müddət sonra uzaq gəzəsiniz. 

- Bu dönüşüm elə bir dönüşdür ki, artıq özümə inanım çoxdur. Səsimə də, fərasətimə də inanıram. 

 

- Başqa hansı keyfiyyətlərinizlə seçilirsiniz? 

- Məsələn, uşaqlıqdan rəqsə getmişəm. Orta məktəbdə yarışlarda iştirak edirdim, xanəndəlik sinfini bitirmişəm, rəssamlıq bacarığım var. Incəsənətin bir çox sahələrinə aid qabiliyyətim var. Aktrisalıq bacarığım müğənnilikdən daha da üstündür. 

 

- Səhnəyə gəldikdən bir müddət sonra nədənsə müğənnilər əvvəlki görünüşlərindən imtina edirlər. Məsələn , Damlanı hamı uzun, baxımsız saç və sadə geyimdə qəbul etmişdi. Az keçmədi ki, stilist Anar Ağakişiyev ilə özünü dəyişdirdi, geyim üslubunda deformasiyaya uğradı. Sizi necə, gələcəkdə "inqilabçı" kimi görmək mümkün olacaq? 

 

- Mən səhnəyə çox şıltaq, ərköyün gəlmişdim. Şou-biznesin ərköyün müğənnilərindənəm. Onda saçlarım sarı idi, indi təbiidir, öz rəngindədir. Saçlarımı dəyişmərəm, rəngi də xoşuma gəlir. Bəzən "instagram"da directimə yazıb soruşurlar ki, neçə nömrəli saç boyasından istifadə edirsən, demək istəyirəm ki, bu mənim öz saç rəngimdir. Deyirlər ki, dodağın incədir, lakin dodağımı böyütməyi düşünmürəm, çünki tamaşaçı o dəqiqə görəcək və deyəcək ki, efirə çıxan kimi dodağını böyütdü.
 Bilirsiniz də, türklər ukraynalı xanımları çox bəyənirlər, mənə də dedilər ki, burnun "ukrainka"ların burnuna bənzəyir, kəsdirmə, təbii qal. 

 

- Belə başa düşdüm ki, görünüşünüzlə bağlı kompleksiniz yoxdur, sizi qane edir. 

 

- Əvvəllər çox arıq idim, geyim tapa bilmirdim, bir müddət müalicə olundum, vitamin qəbul etdim, kilo aldım. Ümumi götürəndə pis deyil, efir üçün normaldır.Təbiiliyi, sadəliyi daha çox sevirəm. Geyimlərim də dəyişib, çünki o vaxtlar çılğınlıq dövrüm idi, indi yaşa dolduqca daha çox  klassik, qapalı geyinməyə üstünlük verirəm. Qaldı burnum, hamı burnumu əməliyyat etdirməyi məsləhət görür, Türkiyədə iki həkimə getdim. Onlar mənə əməliyyatı məsləhət görmədi, dedilər lazım deyil, sənin nə ehtiyacın var? Hələki burnumla bağlı düşünürəm, o da ki, qərar verə bilmirəm, qorxuram.

 

 - Siz dediyiniz ki, səhnədən uzaqlaşmışam, amma səbəbi demədiniz. Bu qərar ailə həyatı ilə bağlı idi?

 

- Yox, mən subay xanımam. Heç ailə niyyətində deyiləm. Çünkü mənə indiki vaxtda yaradıcılığım maraqlandırır. Ayrılmağımın da səbəbi o idi ki, yoluma daş qoyanlar çox idi. Dəfələrlə diskimi qırıblar, mahnı ifa edəndə fonoqramı kəsiblər. Bizdə qısqanclıq çoxdur, biri irəli gedənin başından vururlar, hələ bir qapaz da artıq edirlər ki, dərinə batsın. Ailədə də mənə imkan vermədilər. Mən də əsəb keçirirdim, depressiyaya düşürdüm. Əslində sənətdən uzaqlaşmamışdım, sadəcə gündəmdə, efirlərdə deyildim. Müğənni var ki, kirayə qalır, taksi ilə gəzir. Amma Allaha şükür ki, mənim evim, şəraitim, hər şeyim var. Bu müddətdə bütün şəraitimi qurdum. 


- Neçə il uzaq qaldınız? 

 

- 2008-dən yaxın vaxtlaradək. Haradasa, on il. 

 

- Bəs, bu boşluqdan yararlanıb ailə qurmağı düşünmədiniz?

- Yox, ümumiyyətlə mən məktəb illərindən belə şeylərə meyilli olmamışam. Eşq məhəbbət orta məktəbdə belə mənə
maraqlı olmayıb.

 

- Axı, sənət adamlarına ilham verən bir qaynaq olmalıdır. Siz ağ atlı şahzadəniz olmadan necə eşq mahnıları oxuya bilirsiniz?

 

- Mən bayaq da qeyd elədim ki , şıltaq, ərköyün xanımam. Məni qəbul eləmək hər insanın işi deyil. Özüm də daha çox ritmik mahnılar ifa edirəm . Hətta Ruslan Səfəroğlu da mənə deyir ki, gəl, sənə lirika verim. Deyirəm , yox, o mahnıya o hissi, o ürəyi qoymadan tamaşaçıya necə yaşada bilərəm...

 

- Hə, də, sizin həmkarlarınız gündə bir kişidən ayrılır, eşq acısı çəkir, oxuyurlar, hitə də çevrilir. 

 

- Yox, məndə hələki elə bir şey yoxdu, ola da bilməz. Özüm kişi kimi xanımam. Oğlaq bürcüyəm də. 

 

- Özünüzə neçə müddət vaxt vermisiz? 

- Mən şəxsi həyata yox, sənətə diqqət verirəm. Təkrar qayıtmışam. Niyə musiqiyə ayıracağım vaxtı başqa şeylərə sərf edim? Mən bir neçə dəfə depressiyaya düşmüşəm. Musiqi ilə həyata qayıtmışam. Elə xasiyyətim var ki, sevdiyim mahnıya min dəfə qulaq asıram... Yatanda da qulaqcıqla yatıram. Musiqi dinləyirəm. 

 

- Təklikdən peşmançılıq çəkə bilərsiniz, gələcəkdə. Qarşınızda Nisə Qasımova örnəyi var. 

 

- Oğlaqlar çətin xasiyyətli olurlar. Mənimki hər insanla tuta bilməz. Allah o bürcə hər şey verir, ailə həyatı uğursuz olur. Qarşıma çıxan çoxdur, bir mahnım var, adı " Eşqin dəlisi"dir, indi mənim də "dəlilərim" çoxdur, amma özüm təkəm. Mən kaprizliyəm...

 

- Sizin yerinizdə olsam , bu qədər özümü pisləməzdim, ağıllı gözlədiyiniz yerdə o "dəlilər"  də qaçar. 

 

- Yox, şükürlər olsun ki, hansı məclisə gedirəm, hamı ayağa qalxır. Yəni bu qədər özünə güvənən xanımam. "Dəlilər" də qaçmaz, sadəcə şəxsi həyat haqqında düşünmürəm. 

 

- Siz dediyiniz ki, əlçatmaz olmaq istəyirəm. Bu əlçatmazlığı necə planlaşdırırsınız? 

 

- Əvvəla, hər şey Allahın əlindədir. Amma mən  də öz növbəmdə əlimdən gələni edəcəm ki, istədiyim mövqedə olum. Bizdə müğənni o qədər çox el şənliyində , proqramlarda, efirlərdə olur ki, tamaşaçılar ondan doyur. Məni hər gün görsələr, əlbəttə bezəcəklər. Lakin ildə iki dəfə görsələr, axtaracaqlar. Ilk gündən mən konsertlərdə, tədbirlərdə iştirak edirdim və bu cür   də davam etməyi arzulayıram. Istəyirəm ki, qonorarımı ciddi yerlərdən alım. Toy müğənnisi olmaq istəmirəm. 

 

- El şənliyində iştirak edirsiniz, hazırda ? 

- Çox az. Getdiyim yerlərdə hər şeyə diqqət edirəm. Ucuz qiymətə oxumaq istəmirəm. Digər müğənniləri qınamıram , hərə öz ailəsini dolandırmaq istəyir. Yenə deyirəm , hər şey Allahın əlindədir. Mən  də qarşıma məqsəd qoymuşam, o yolu da gedirəm. 

 

- Söhbətin sonunda istəyirəm yaxın planlardan danışaq. 

 

- Istəyirəm klassik xalq repertuarına, bəstəkar mahnılara müraciət edəm. Şəfiqə Axundovadan çox sevdiyim bir mahnını oxumuşam, onu dinləyicilərimə çatdırmaq istəyirəm.

 

Video

Şərh
Bu xəbərə aid heçbir şərh tapılmadı...
XƏBƏR LENTİ
Fatimə həyat yoldaşı və övladları ilə tətildə - FOTO
20 Fevral 2019 11:13
Xatirə liposaksiya əməliyyatına görə ana olmaqdan vaz keçdi - VIDEO
18 Fevral 2019 18:09
Xalq artistinin vəziyyəti pisləşdi - VIDEO
15 Fevral 2019 14:59
İlqarə daha da arıqladı - FOTO
15 Fevral 2019 12:59
Emin Eminzadə Türkiyədə “İlin adamı 2018” mükafatlandırma mərasimində iştirak edib - FOTO
15 Fevral 2019 10:40
"Bizim sevgimiz güclüdür" - Nüşabə ərindən danışdı - VIDEO
12 Fevral 2019 14:40
Ən çox bileti satılan Röyadır - FOTO
11 Fevral 2019 15:34
"Özümü səninlə reklam edəcəm?" - Roza - VIDEO
11 Fevral 2019 14:12
Zamiq həsrətlə baxdığı sarayda arzusunu gerçəkləşdirdi
11 Fevral 2019 09:47
Prezident meşə cərimələri ilə bağlı qərarı ləğv etdi
06 Fevral 2019 21:32
Günay Rüfətlə yarıçılpaq fotolar çəkdirdi - FOTO
06 Fevral 2019 16:44
Park Cinema снова покажет концерт группы BTS
06 Fevral 2019 12:42
Bu mahnı hamıni şoka salacaq - VIDEO
02 Fevral 2019 19:34
“Ayrılığımız hər şeyi dəyişdi” – Eltonun həyat yoldaşı - VIDEO
02 Fevral 2019 19:01
Məşhur aktyor reanimasiyaya yerləşdirildi
02 Fevral 2019 18:51
Elnarə: “Səndən sonra...” - VIDEO
01 Fevral 2019 13:58
Tolik Sərxanı canlı efirdə pərt elədi - VIDEO
01 Fevral 2019 13:41
Xərçəngə yoluxan Tahirə danışdı: "Cavablar ağır çıxdı"
01 Fevral 2019 09:29
Xatundan Rəqsanəyə barışıq addımı - VIDEO
31 Yanvar 2019 10:03
"Sənin kimi gecələr Tarqovuda...." - Toliklə Rəhim arasında qalmaqal
29 Yanvar 2019 11:07
Natavan Həbibi: “Qızım olsa, Dadoya oxşamasın”
29 Yanvar 2019 10:59
Rəmişə süni nəfəsalma aparatı qoşulub - FOTO
28 Yanvar 2019 09:56
Ramiz Həsənoğluna AZTV-də yüksək vəzifə verildi
25 Yanvar 2019 16:52
Aygün səhnədə Namiqin üzünə belə baxmadı - VIDEO
25 Yanvar 2019 16:47
Eldar Mahmudovun bacanağı AzTV-dən çıxarıldı - Yerinə Emil gəldi
24 Yanvar 2019 11:57
Natavanla Səidə belə barışdı - VIDEO
24 Yanvar 2019 10:30
Город, захваченный КВН: азербайджанцы вернулись из Сочи - ВИДЕО 
23 Yanvar 2019 14:34
"Gizli eşq yaşayıram" - 57 yaşlı Nahidə Orucova
23 Yanvar 2019 14:32
"Робертино Азербайджана" заинтриговал своих поклонников - ФОТО
22 Yanvar 2019 14:26
Rəqsanə yeni doğulan qızını göstərdi - VIDEO
22 Yanvar 2019 11:08
ТOP 7