Aprelin 1-də Ermənistana ABŞ-dan bir qrup təlimatçı gəlib.
Rednews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində ölkəyə səfər ediblər. Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan bildirib ki, nazirliklə Pentaqon arasındakı razılaşmaya əsasən, təlimlərə ilkin olaraq İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və onun tərkibində fəaliyyət göstərən “Zinuj Media” portalının əməkdaşları cəlb olunub. Təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar. Onlar ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər.