İtaliyada sosial media fenomenlərinə ənənəvi media qurumlarının riayət etdiyi qaydalar tətbiq ediləcək.
Rednews.az xəbər verir ki, sosial media fenomenləri öz məzmunlarını onlayn yayımlayan zaman digər media orqanları ilə eyni qaydalara riayət etməli olacaq.
Onların fəaliyyətinin İtaliya Rabitə Təşkilatının nəzarəti altında olacağı bildirilib. Yeni qaydalar ilkin olaraq sosial media platformalarında bir milyondan çox izləyicisi olanlara tətbiq ediləcək.
İtaliya Rabitə Təşkilatının rəhbəri Ciakomo Lasorella bildirib ki, artıq sosial media fenomenlərinin azad paylaşım dövrü geridə qalacaq.
Təşkilat sosial mediada böyük izləyici kütləsi olan fenomenlərin fəaliyyətinə nəzarət edəcəyik. Daha sonra bu, daha az izləyicisi olanlara şamil olunacaq.