“Tesla” satışların düşməsi fonunda dünya üzrə işçilərinin 10%-ni və ya 14 min nəfəri ixtisar edəcək. İxtisarların mərhələli şəkildə həyata keçiriləcəyi və ya bütün işçilərin birdən işdən çıxarılacağı açıqlanmır.
Rednews.az xəbər verir ki, şirkətin rəhbəri İlon Mask işdən çıxarılan işçilərə zəhmətlərinə və “missiya”ya verdiyi töhfələrə görə təşəkkür edib, həmçinin onlara gələcək karyeralarında uğurlar arzulayıb.