Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Rahil Məmmədova Polşanın LKS (Lodz) klubundan təklif gəlib.Bu barədə
Rednews.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı futbolçunun Lodz təmsilçisinə keçidinə icazə verilib:
“Məmmədov Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, ona getməklə bağlı icazə verdi”.