Qazax rayonunda mina partlayışı baş verib, xəsarət alan var.
Rednews.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılov xəsarət alıb.
Zərərçəkənin ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.