Türkiyənin əhəmiyyətli qış turizm mərkəzlərindən olan Uludağ ağ örpəyə bürünüb.
Buraya gecə saatlarından başlayan leysan yağışların ardından səhər saatlarında qar yağmağa başlayıb.
Rednews.az Ulusum.az saytına istinadən xəbər verir ki, yağan qar otelin ərazisini ağ rəngə bürüyüb.
Mart ayında mövsümü bağlayan otelə gedən vətəndaşlar qar sürprizi ilə qarşılaşıb.
Ağ örtüyə bürünən Uludağ zirvəsi görənlərin sevincinə səbəb olub.
Aymirə Ağamirova