“ABŞ-nin nüvə silahları təhlükəli dərəcədə köhnəlib”.
Rednews.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker və senator Debra Fişer bəyan ediblər.
Onlar bildiriblər ki, ölkənin təhlükəsizliyi “Sentinel” qitələrarası ballistik raketinin maliyyələşdirilməsindən və vaxtında yerləşdirilməsindən asılıdır .
“ABŞ-nin nüvə arsenalının yenilənməsinə az maliyyə ayrılır və qrafikdən geri qalır. Konqres və Ağ Ev bu problemləri həll etmək və yeni problemlərin yaranmasının qarşısını almaq üçün cəld hərəkətə keçməlidirlər”, - deyə onlar xəbərdarlıq ediblər.