İsveçin NATO-da iştirakını təsdiq edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul olunub.
Rednews.az xəbər verir ki, bununla bağlı Anadolu Agentliyi məlumat yayıb.
Bildirilir ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət ünvanlamışdılar.
Finlandiyanın üzvlük prosesi aprel ayında tamamlanmışdı. İsveç isə Türkiyə və Macarıstandan razılıq gözləyirdi.
Ahu