İsrail təyyarələri, tankları və piyadaları Qəzza zolağında Xan Yunisdə gedən döyüşlərdə son 24 saat ərzində radikal Fələstinin HƏMAS hərəkatının 11 tərəfdarını öldürüblər.
Rednews.az xəbər verir ki, bu gün həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İsrail ordusunun əsgərləri də məhv edilib.
Hücum nəticəsində mülki şəxslər arasında ölənlərin olduğu da vurğulanır.
İsrail mediasının yaydığı məlumata görə, hücum edən tərəf HƏMAS yaraqlıları olub.
“İsrail qüvvələri partlayıcı maddələr yerləşdirməyə cəhd edən silahlılara və IDF döyüşçülərinə tüfənglə atəş açan şəxslərə hücum edib”, - deyə İsrail Müdafiə Qüvvələri (IDF) açıqlamasında bildirib.