Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəniz qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəbistan dənizi və ona bitişik bölgələrdəki xidmət müddəti 10 fevral 2024-cü il tarixindən etibarən 1 il daha uzadılır.
Rednews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin sülhməramlı missiyası çərçivəsində həmin bölgələrdə xidmət edir.
Onların mandatı indiyə qədər 13 dəfə uzadılıb.