Bakının Nəsimi Rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.
Rednews.az xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.
6 nəfər arasında düşən dava zamanı 2005-ci il təvəlüdlü Quliyev Kənan Rəşad oğlu, 2001-ci il təvəlüdlü Haqverdiyev Rövşən Zaur oğlu və 2002-ci il təvəlüdlü Zeynalov Sadiq Zabit oğlu bıçaqlanıb.
Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.