Almaniyanın Frankfurt-Mayn Beynəlxalq Hava Limanında pis hava şəraiti səbəbindən bütün reyslər ləğv olunub.
Rednews.az-ın xəbərinə görə, bu barədə hava limanı rəhbərliyindən məlumat verilib.
Məlumata görə, davamlı yağan buz yağışı təyyarələrin üzərinin buz əleyhinə maye ilə işlənməsinə də imkan vermir.
Xüsusilə kəskin hava şəraiti Aaxen, Köln, Düsseldorf və Vinterberq şəhərlərini iflic edib.