Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini 9 yaşlı Yasin Hüseynli tapılıb.
Bu barədə Rednews.az-ın yerli bürosuna azyaşlının ailəsi məlumat verib.
Qeyd olunub ki, məktəblini xalası oğlu Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.
Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.