Pakistanın Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda kömür mədənində partlayış baş verib.
Rednews.az-un məlumatına görə, partlayış nəticəsində azı dörd şaxtaçı yaralanıb, ikisi itkin düşüb. Hadisənin səbəbi hələ müəyyən edilməyib.
Qeyd edilir ki, hadisə yerində xilasetmə əməliyyatı davam edir. Dörd şaxtaçı xilas edilərək yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.