Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyada vəziyyət gərginləşib, polislə vətəndaşlar arasında qarşıdurma baş verib.
Rednews.az xəbər verir ki, etiraçılar polisə su şüşələri atıblar. Aksiyaçılar "qullar" şüarı səsləndirirlər.
Hazırda minlərlə etirazçı parlamentin girişlərini tutmağa çalışır.
Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları parlament binasının qarşısında hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyasını bərpa ediblər.
Rednews.az xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hazırda parlamentin girişlərini tutmağa çalışırlar.
Əraziyə çox sayda xüsusi təyinatlı polis, eləcə də su şırnağı cəlb edilib.
Aksiyaçılar qanun layihəsinin lehinə səs verən 83 deputatın cavab verməli olduğunu bildirirlər.