Qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb.
Rednews.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirib ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Qeyri-sabit hava şəraiti ilə bağlı təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib. Tədris prosesi fasiləsiz davam etdirilir.