Rusiyanın Buryatiya Respublikasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.
Rednews.az xəbər verir ki, bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib.
Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntəqəsindən 58 kilometr aralıda yerləşib.
Burada təkanların gücü 7,8 bala çatıb.
İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.
FHN-in məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.