1 həftədə Ukraynadakı obyektlərə 39 zərbə endirildi
Manşet / Gündəm / Siyasət / Hadisə
5-04-2024, 18:24
Rusiya ordusu Kiyevin Rusiyanın neft-qaz sənayesi və energetika obyektlərinə zərər vurmaq cəhdlərinə cavab olaraq martın 31-dən aprelin 5-dək yüksək dəqiqlikli silahlarla 39 zərbə endirib. Rednews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr Ukraynanın energetika sənayesi obyektlərinə, hərbi-sənaye kompleksi müəssisələrinə, arsenallara və yanacaq anbarlarına endirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilir ki, həftə ərzində Ukrayna qoşunlarının ümumi itkiləri 5075 nəfər təşkil edib. Bir həftə ərzində Ukraynanın üç Su-25 hücum təyyarəsi, iki Su-27 qırıcısı, bir MiQ-29 və beş S-300 buraxılış qurğusu məhv edilib.
Qeyd olunub ki,qarşıya qoyulan məqsədlərə nail olunub, bütün hədəflər vurulub.