Gəncəyə yağan güclü yağış problemlər yaradıb. Rednews.az-ın məlumatına görə, səhər saatlarında yağan leysan yağışından sonra şəhərin bir neçə hissəsindən sel keçib. Sel şəhər yollarında nəqliyyatın və piyadaların hərəkətində çətinlik yaradıb.
Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.