Məlumat verdiyimiz kimi, ötən gün Tovuz rayonunun Abulbəyli kəndi ərazisində avtoqəza baş vermişdi.
Hadisə zamanı ikisi azyaşlı olmaqla, 5 nəfər xəsarət almışdır.
Rednews.az-ın qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hazırda onların vəziyyəti ağır olaraq qalır.
Zərərçəkənlər bunlardır:
1. 1993-cü il təvəllüdlü - Əliyeva Xəyalə Zakir qızı;
2. 1994-cü il təvəllüdlü - Məmmədova Günel Sahib qızı;
3. 2018-ci il təvəllüdlü - Məmmədova Fatimə Rövşən qızı;
4. 1993-cü il təvəllüdlü - Məmmədov Raqif Şahin oğlu;
5. 2017-ci il təvəllüdlü - Məmmədova Mələk Rövşən qızı.
Qeyd edək ki, sözügedən şəxslər Tovuz rayon Abulbəyli kənd sakinləridir.