Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Rednews.az-a verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb. Həmin şəxsdən 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.