Goranboy rayonu, Kəhrizli kəndində yanğın hadisəsi qeydə alınıb.
"Rednews.az-ın məlumatına görə, 1978-ci il təvəllüdlü Y.Rəhimova məxsus ümumi sahəsi 40 kvadratmetr olan, tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahəsi yanıb.
Hadisə zamanı 4 baş iribuynuzlu heyvan tüstüdən zəhərlənərək tələf olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürlərək tövlənin qalan hissəsi yanğından mühafizə olunub.