Araşdırmalar göstərir ki, Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var.
Rednews.az Dövlət Statistika Komitəsinin məlumatını təqdim edir:
Statistikaya görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1 100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub.
Maraqlıdır ki, 60-dan çox yaşı olan iki bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıb.
Yaşı 60-dan yuxarı olan bir kişi 25 yaşlı xanımla, altı kişi isə 30-34 yaşlı xanımlarla evlənib.