İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək.
Rednews.az-ın xəbərinə görə, bunu İsrail Ordusunun nümayəndəsi podpolkovnik Piter Lerner “Sky News“-a müsahibəsində bildirib.
Qeyd edək ki, İsrail Ordusu bu gün ölkə ərazisinə gecə hücumuna görə Hizzbullah Hərəkatının Livandakı böyük obyektinə zərbə endirildiyini açıqlayıb.