Tbilisidə atışma olub, üç nəfər yaralanıb.Rednews.az xəbər verir ki, hadisə şəhərin Tabidze küçəsində baş verib. Şahidlər yaralıların birinin başından vurulduğunu bildiriblər. İnsidentin yerli vaxtla saat 12:00-da baş verdiyi bildirilir.