Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da Moskva yaxınlığındakı Krokusda törədilən terror aktına bənzər hücumların mümkünlüyündən narahatdır.
Rednews.az Ulusum.az-a istinadən xəbər verir ki, bu barədə FTB-nin direktoru Kristofer Rey danışıb.
“ABŞ-da bir növ koordinasiyalı hücum ehtimalı getdikcə daha da artır və biz bundan çox narahatıq. gözlənilən terror aktının bir neçə həftə əvvəl İŞİD-in hücumu səbəbindən Rusiya konsert salonunda törətdiyindən çox da fərqlənmədiyi qənaətindəyik”.
Xatırladaq ki, Martın 22-də "Crocus City Hall"da törədilən terror aktı zamanı silahlı şəxslər konsert zalına soxularaq insanlara atəş açıblar. Daha sonra binanı yandırıb qaçıblar. Terror aktı nəticəsində altısı uşaq olmaqla, 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Rəşad Ələkbərov