Qazaxda 13 yaşlı yeniyetmə qızılca xəstəliyindən dünyasını dəyişib.
Rednews.az-a daxil olan məlumata görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib.
Yayılan informasiyalara görə, Şabanzadə Nəzrin Fərrux qızı qızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yeniyetmənin vəziyyəti ağırlaşdığından daha sonra Gəncəyə aparılıb. Ailəsi 13 yaşlı yeniyetməni Gəncədən Bakıya aparan zaman yolda dünyasını dəyişib.
Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib.
Həmin vaxt yeniyetmənin vəziyyətinin ağır olduğu vurğulanıb.
Xəstə müayinə edildikdən sonra Gəncəyə göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada qızılca xəstəliyinə yoluxmanın sayında xeyli artım var.
Rübabə SAHİB