Bu gün Türkiyədə 1 May - Əmək və Həmrəylik Günü böyük təmtəraqla qeyd olunur. Demək olar ki, ölkənin bütün vilayətlərində bayram əhval-ruhiyyəsi var.
Rednews.az ULUSUM.az saytına istinadən xəbər verir ki, İstanbul Valiliyi bu gün münasibətilə şəhərdə bəzi yolların bağlandlğlnı açıqlayıb. Səhər saat 05.30-da polis qrupları nəqliyyatın hərəkətinə mane olmaq üçün yolları dəmir baryer və dirəklərlə bağlayıb, küçə və küçələri nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyub.
Bugün 1 may-zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd olunur.
1 may-zəhmətkeşlərin beynəlxalq həmrəylik günü Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunur.
Həmkarlar İttifaqları- DİSK, KESK, Türk Təbiblər Birliyi və Türk Memar Mühəndis Palataları Birliyi ilə bəzi partiya və qeyri-hökumət təşkilatları İstanbulda Bakırköy meydanında mərasim keçirir.
30 mindən artıq polisin vəzifədə olacağı şəhərdə bəzi gəmi səfərləri ləğv edilib, bir sıra yollar da hərəkətə bağlanıb.
Rübabə Sahib