Rusiyanın məşhur "Nijfarm" dərman şirkətinin Azərbaycandakı Nümayəndəliyi ləğv olunur.
Rednews.az bildirir ki, bu barədə cəmiyyətin yeganə təsisçisi olan "NİDDA LİNKS S.A.R.L." şirkətinin yığıncağında qərar qəbul edilib.
Xatırladaq ki, "Nijni Novqorod kimya-farmasevtika zavodu" ASC-nin Azərbaycandakı nümayəndəliyi ("Nijfarm") 2009-cu ildə dövlət qeydiyyatından keçib.
"Nijfarm" Rusiyanın aparıcı farmasevtika şirkətlərindəndir. Şirkət bir əsrdən çoxdur ki, müalicə vasitələrini hazırlayır, istehsal edir və istehlakçılara təklif edir.
Şirkətin məhsul portfelinin əsas istiqamətləri - qastroenterologiya, dermatologiya, ginekologiya, urologiya, revmatologiya və pediatriyada istifadə olunan dərman preparatlarıdır.