Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 58 yaşlı Sədiyev Azər Sədi oğlu və 67 yaşlı Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Rednews.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.