Binəqədi rayonu Rəsulzadə qəsəbəsində tıxac yenə dözülməz həddə çatıb.
Rednews.az Ulusum.az saytına istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsində Bakı kəndlərinə gedən istiqamətdə hərəkət donub.
Sürücülər havaların isinməsi ilə əlaqədar tıxacların daha da dözülməz həddə çatdığını bildirirlər.
Havalar isinəndə bağlara gedənlərin sayı çoxalır, nəticədə, nəqliyyatın hərəkəti sıxlaşır.
Qeyd edək ki, Rəsulzadə qəsəbəsində yaranan tıxac 2 saatdan çoxdur ki, davam edir.
Ağa Dadaşzadə