Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru işdən azad olunub.
Rednews.az ULUSUM.az-a istinadən xəbər verir ki, QURUMUN direktoru Natiq İbrahimov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun yerinə Fikrət Hüseynov təyin edilib.
Fikrət Hüseynov, artıq bir müddətdir ki, yeni vəzifəsini icra edir.
Qeyd edək ki, Fikrət Hüseynov bundan öncə Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri vəzifəsində çalışıb.
Ağa Dadaşzadə