Məşhur türkiyəli müğənni Kalben Sağdıç saxlanılıb.
Rednews.az bildirir ki, İstanbul şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları müğənniyə məxsus Beyoğlu adlanan ərazidəki evdə əməliyyat keçiriblər.
Nəticədə evdən ayrı-ayrı bükümlərdə ümumilikdə 15 qram narkotik maddə aşkarlanıb. Bundan əlavə, mənzildən 2000 avro, 730 dollar və 1500 lirə də tapılıb.
Müğənni ifadə vermək üçün polis şöbəsinə aparılıb.