14 yanvar bazar günü bizi 2024-cü ilin ilk “El Klasiko”su gözləyir.
Rednews.az xəbər verir ki, “Real Madrid” və “Barselona” İspaniya Superkubokunun finalı çərəçivəsində üz-üzə gələcəklər.
Qarşılaşma Səudiyyə Ərəbistanında baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, matçda heç də bütün əsas oyunçular meydana çıxa bilməyəcəklər.
“Real Madrid”in heyətində David Alaba, Tibo Kurtua və Eder Militao zədələniblər. “Barselona”da isə ter-Ştegen, Qavi, Alonso, Kanselo, Martinez və Rafinya nasazdırlar.