Aprel ayı ilin soyuq dövrünün yekunlaşdığı, isti dövrünün başladığı ay kimi xarakterizə olunur.
Milli Hidrometeorologiya Xidmətindən
Rednews.az saytına verilən məlumata əsasən, buna görə aprel ayı ölkə ərazisində daha dinamik, dəyişkən hava şəraiti hakim olur.
Çoxillik müşahidə məlumatlarına əsasən qeyd edə bilərik ki, aprel ayında isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə daxil olması ilə əlaqədar qısa zaman müddətində kəskin temperatur və təzyiq fərqləri yaranmış, bəzi günlərdə temperatur normanı aşdığı halda, bəzi günlərdə hava şəraiti qeyri-sabit, yağıntılı olmuşdur.