Həmkarlarını zəhərləyən məşhur prodüser EDAM EDİLDİ
Manşet / Gündəm / Hadisə
1-04-2024, 14:30
“Yoozoo Games” yaradıcılıq şirkətinin rəhbəri Xu Yao 2020-ci ildə şirkətin qurucusunu zəhərlədiyinə görə ölüm cəzasına məhkum edilib və edam hökmü yerinə yetirilib.
Rednews.az saytının xəbərinə görə, Netflix platformasında yayımlanmış məşhur serialların prodüseri işgüzar münaqişə zəminində biznes partnyorunu zəhərləyərək öldürüb. Şanxay Birinci Xalq Məhkəməsi bildirib ki, Xu Yao şirkətin qurucusu Lin Qi-ni 2020-ci ilin dekabrında zəhərləyib. Lin Qi zəhərlənmiş puer çayı içdikdən sonra özünü pis hiss edib və 10 gün sonra ölüb.
Xu Yao 2020-ci ilin sentyabrından dekabr ayına qədər ofisdə içkilərə zəhər qatdıqdan sonra daha dörd nəfəri zəhərləsə də, onlar ölməyib.