İsrailin baş naziri Binyamin Netanyahu təcili Təhlükəsizlik iclasın çağırıb.
Şəkildən aydın olur ki, İsrail komandanlığı tam təhlükəsiz bir bunkerdədir.
Qeyd edək ki, hazırki müharibə şəraiti ilə əlaqədar olaraq, Küveyt də öz hava məkanını tamamilə bağlayıb.
Bildirək ki, İran hücumu üç mərhələdən ibarətdir:
1. İrandan PUA-nın buraxılışı.
2. İsrailin hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə mane olmaq üçün Axis ölkələrindən: Suriya, Livan və İraqdan pilotsuz təyyarələrin və raketlərin buraxılması.
3. Qanadlı və ballistik raketlərin buraxılması
İordaniya öz hava məkanını İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri üçün açıb.
Amerika təyyarələri ilə birlikdə İranın pilotsuz təyyarələrinin qarşısını alırlar.