Britaniyanın əfsanəvi baş naziri Uinston Çörçilin alt çənə protezi və mikrofonu Böyük Britaniyada hərraca çıxarılacaq.
Rednews.az xəbər verir ki, qızıl çərçivəli protezlərin qiyməti 5-8 min funt sterlinq arasındadır.
Hərrac fevralın 6-da keçiriləcək.
Hərraca protezdən əlavə, mikrofon da çıxarılıb və onun vasitəsilə Çörçil II Dünya Müharibəsinin bitdiyini elan edib.