Ramazan Bayramının bitməsi səbəbindən İstanbul-İzmir yolunda hərəkətlilik artıb, nəticədə, uzun tıxaclar yaranıb.
Rednews.az xəbər verir ki, Marmara Bölgəsinin cənubu və Ege Bölgəsindən İstanbul və ətraf vilayətlərə avtomobillə səyahət edənlər magistral yolda sıxlıqla üzləşiblər.
Xüsusən də, Yalova və Bursa marşrutları üzrə Osmanqazi körpüsünə gedən yolda vaxtaşırı sıxlıq yarandığı halda, ödəniş məntəqələri qarşısında dayanan avtomobillər vəziyyəti daha da çətinləşdirib.
Bayram günlərində əsasən, körpülərdə, magistral yollarda daha çox hərəkət sıxlığı müşahidə olunur. Bununla bağlı hər hansı neqativ halların yaşanmaması üçün hərəkət iştirakçılarına nəzəratə qrupunun əməkdaşları təhlükəsizlik tədbirlərini gücləndirib, sürücüləri diqqətli olmağa çağırıb.