Dekabr ayında Avropa İttifaqında avtomobil satışları 3,3 faiz azalsa da, 2023-cü ilin yekununa əsasən 13,9 faiz artıb.
Rednews.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında deyilir.
Məlumata əsasən, Avropa İttifaqında yeni minik avtomobillərinin qeydiyyatı (statistikanın aparılmadığı Malta istisna olmaqla) ötən il 10 milyon 548 min ədəd təşkil edib, 2022-ci ildə isə bu göstərici 9 milyon 264 min ədəd olub.
Avtomobil satışlarında Almaniyada 7,3 faiz, Fransada 16,1 faiz, İtaliyada 18,9 faiz, İspaniyada isə 16,7 faiz artım qeydə alınıb.