Son bir ayda müharibədən əziyyət çəkən İsraildən qonşu Gürcüstana pul köçürmələrinin həcmi 12,5% artıb.
Rednews.az xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatına görə, 2023-cü ilin dekabrında İsraildən Gürcüstana 20 milyon 924 min 900 ABŞ dolları köçürülübsə, noyabrda bu rəqəm 18 milyon 596 min 900 dollar olub.
İllik göstəricilərdə də artım olub. O cümlədən, 2022-ci ilin dekabrında İsraildən pul köçürmələrinin həcmi 19 054 500 dollar təşkil edib.
Qeyd edək ki, pul köçürmələrinin həcminə görə İsrail ilk 10 ölkə sırasındadır.
Ümumilikdə, 2023-cü ildə İsraildən Gürcüstana 215,158 milyon dollar köçürülüb ki, bu da İsraildən pul köçürmələrinin 199,036 milyon dollar təşkil etdiyi 2022-ci illə müqayisədə artım göstəricisidir.
Ahu