Azərbaycanın görkəmli xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi, dramaturq, publisist, Milli Məclisin II və III çağırış deputatı Vaqif Səmədoğlunun vəfat etməsindən doqquz il ötür.
Rednews.az xəbər verir ki, Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman Allaha müraciətlə bir şeir paylaşıb:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah, Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
Xalq şairi Vaqif Səmədoğlu 2015-ci ilin yanvarında Bakıda dünyasını dəyişib.
Bir gün sonra Birinci Fəxri xiyabanda dəfn olunub.