Rednews.az uyğur şairi
Abduşükür Mühammadin şeirlərini təqdim edir:
1 yanvar 1967-ci ildə Doğu Türküstanın Kuçar qəsəbəsinin Eskişehr bölgəsində doğulub.
1984-1988-ci illərdə Kaşkar Maarif İnstitunun ədəbiyyat bölümündə oxuyub.
1988-ci ildə Çin Yunnen bölgəsi Kunming şəhərindəki Biznes İnstitunda dövlət qulluqçusunun idarəedilməsi bölməsində təcrübə keçmişdir.
2001-ci ilin iyun ayına qədər Urmuçu Biznes fakultəsində dosent olaraq çalışmışdı.
2003-cü ildə İsveçə köçüb.
1988-2003-ci illər də Uyğur Özerk bölgəsindəki məşhur dərgilərdən "Tarım", Tanrıdağ", "Gənclər dərgisi", "İşçilər zamanı qəzeti", "Urumçu axşam qəzeti", "Çin müsəlmanları" kimi dərgi və qəzetlərində 350-dən çox şeri, 40-dan çox elmi məqaləsi, 20-dən yuxarı hekayəsi çap olunub.
"Ayğar çehre", "Uyuyan sahibcamal", "Anamın keçmişi" məqalələr toplusu, "Sərsəm duyğular", "Küreş ölməyəcək" bioqrafik kitabı yayımlanıb.
İsveç Yazarlar Birliyinin üzvüdür.
Ürək
Ürək adi bir söz,
Yoxdur fərqi başqa sözlərdən.
Ürək bəsid bir ət,
fərqi yoxdur başqa orqandan.
Əgər onda
olmazsa sevgi, mərhəmət,
o bir daş
fərqi yoxdur başqa daşlardan.
Əgər onda
haqqı biləcək hiss olmasa,
o bir rəng
heç də fərqi yox qara rəngdən.
Əgər onda qürur olmasa
o bir çürümüş bir ağac,
dayanmaz zərbəyə.
Ürək ağrıyır deyir bəziləri
ürək xəstə olmaz əslində.
Onu xəstə kimi hiss etdirən
o daş,
qara rəng,
çürümüş ağac.
16.08.2018
Mihrigül
Mihrigül,
biri sorsa röyanızı,
qətiyyən onlara söyləməyin,
röyanızda mavi göy,
ay, ulduzu gördüyünüzü.
Bəlkə bilirsiniz,
nənənizdən eşitdiyiniz yuxu şərtlərini.
Ancaq verin onlara,
röyanızın sədəqəsini.
Günəş doğmadı daha bizə,
röyanızı tam ifadə edəcəksiniz günortadan keçmiş.
Mihrugül,
biri sorarsa röyanızı
söyləyin onlara,
gözlərinizdən damlayan yaralı könlünüzü.
Gözyaşlarınızda üzən,
oğlunuzu və ərinizi.
Söyləyin onlara,
saralan keçmişinizi.
Qorxu və vahimə ilə
param-parça olmuş ruhunuzu.
Söyləyin onlara yenə
Gözünüzün önündə
həyata intizar olub,
qurumuş gözləri.
Xəyalları toz olan məsum qızlar,
mələk kimi anaların fəryadını.
Mihrigül,
Biri sorsa röyanızı,
təqdim edin onlara gözyaşınızı,
görsün dünya gerçək sizi.
03.12.2018
Xəyalımın qarşısında
Xəyalımın qarşısında
Çılpaq yatan qaranlıq gecə
Göz yaşı verdi yanaqlarıma.
Gecənin son yarpaqları
Bəlkə mənim həsrətimdir
Gözlədiyim yabanı güllər.
Həsrətimin kölgəsi yox
Qızarıb bişər ayrılıq bəzən.
Vaxtı arama, o da oturur
Soğan kimi soyulub dərdin içində.
Həsrətlərin buxarı yüksələn
Hərflərlə islanan şair
Göz yaşında ölən şerini
Basdırıb gizlədər sonunda
Öz içində.
Tərcümə etdi: Eluca Atalı.