Onun atası Bilal kişi birinci Qarabağ savaşında döyüşmüşdü.
Oğlu Qasımı da vətənpərvərlik ruhunda böyütmüşdü. Bilal Məmmədhəsənov ali təhsilli hərbçi kimi əvvəl Gəncədə, sonra Şuşada xidmət keçmişdi.Rednews.az birgünlük anti-terror tədbirləri zamanı şəhadət şərbətini içən şəhid Qasım Məmmədhəsənovun həyat hekayəsini təqdim edir:
Məmmədhəsənov Qasim Bilal oğlu 2001-ci ilin 18 dekabrında Rusiya federasiyası Moskva şəhərində anadan olur.
Bir müddət sonra ailəsi ilə birlikdə doğma Sabirabad rayonuna qayıdır.
2007-2018-ci illərdə Sabirabad rayonu Qaraqaşlı kəndi orta məktəbin bitirir.
2018-ci ildə Azərbaycan dövlət iqtisad universitetinin maliyyə fakültəsi daxil olur.
2022-ci ildə adıçəkilən təhsil ocağından məzun olur və hərbi xidmətə yollanır.
Əvvəl Gəncədə, sonra Şuşa şəhərində həqiqi hərbi xidmət keçir.
2022-ci ildə gerçəkləşən döyüş əməliyyatlarında iştirak edir.
19-20 sentyabrda baş tutan lokal anti-terror əməliyyatı zamanı könüllü surətdə əməliyyata qoşulur.
Xocalı şəhəri və kəndlərinin azad olunmasında iştirak edir.
Xankəndi şəhərinin yaxınlığında 23 nəfərlik qrupla pusquya düşür.
Qasım pusqunu yarıb qrupu çıxarır "xaç postu" uğrunda gedən döyüşlərdə şəhadətə yetişir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunur.
Turan