2023-cü ildə təxminən 31 min Rusiya vətəndaşı Gürcüstanı tərk edib.
Rednews.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) açıqladığı statistikada bildirilib.
2023-cü ildə Gürcüstana gələn Rusiya vətəndaşlarının sayı 1 milyon 856 min 237 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 887 223 nəfər olub.
Ötən il ərzində Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmində də əhəmiyyətli azalma baş verib.
Gürcüstan Milli Bankının statistikasına görə 2023-cü ilin dekabrında Rusiyadan Gürcüstana 73 milyon dollar transfer olunub.
2022-ci ilin eyni periodunda isə bu göstərici 250 milyon dollar təşkil edib.
Turan