Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çinə səfəri çərçivəsində ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb.
Rednews.az xəbər verir ki, Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə, ilk növbədə, ticarət və iqtisadiyyat sahələrində çoxşaxəli qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
“Ötən il ölkələr arasında ticarət dövriyyəsi 50 faiz artaraq 14 milyard dollara çatıb. Yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının və sənaye mallarının qarşılıqlı tədarükünün artırılması da daxil olmaqla, bu göstəricinin 20 milyard dollara çatdırılması potensialı qeyd edilib. Çinin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi isə 14 milyard dolları ötüb”, - mətbuat xidmətinin məlumatında belə deyilir.