2023-cü ildə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 24 milyard 821 milyon 895 min ABŞ dolları təşkil edib.
Rednews.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.
İl ərzində Azərbaycandan Aİ ölkələrinə 21 milyard 821 milyon 611 min ABŞ dolları dəyərində ixrac (1 il əvvələ nisbətən 12,7 % az), 3 milyard 84 min ABŞ dolları dəyərində idxal (illik 28,5 % çox) əməliyyatları həyata keçirilib.