Azərbaycanın bank sektorunun xalis əməliyyat mənfəəti 2023-cü ildə 1 milyard 692,4 milyon manata yüksəlib.
Rednews.az-ın xəbərinə görə, bu 2022-ci illə müqayisədə 22% və ya 304 milyon manat çoxdur.
Belə ki, 2022-ci il bankların cəmi əməliyyat mənfəəti 1 milyard 388,3 milyon manat təşkil edib.
Ötən il bank sektorunun xalis mənfəəti isə 1 milyard 75,9 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 17,7% çoxdur.